“Ermənistanda Baş nazir azərbaycanlı olsun” – Aloyan – VİDEObackend

"Ermənistanda Baş nazir azərbaycanlı olsun" - Aloyan - VİDEO

“Ermənistanda Baş nazirin azərbaycanlı olmasını təklif edirəm”.

KONKRET.az xəbər verir ki, bunu erməni əsilli ukraynalı siyasi ekspert Rustam Aloyan deyib. O, Ermənistanda Baş nazirin azərbaycanlı olmasını təklif edib.

“Məndən soruşsalar, bunu dəstəkləyərəm?! Ermənistanda iki rəhbər var: prezident və baş nazir. Əgər onlardan biri azərbaycanlı olarsa, bu, Azərbaycanla sülhə gətirib çıxarar”, – Aloyan deyib.

Ermənistan xalqının bunu necə qəbul edər sualına  Aloyan bildirib ki, erməniləri buna hazırlamaq lazımdır.

“Mən Ermənistan prezidenti olsaydım və Azərbaycan, həmçinin Türkiyə xalqları ilə sülhsevər, yaxşı münasibətlər qurmaq istəsəydim, erməni xalqına hörmət edən, Ermənistan iqtisadiyyatının və ölkələr arasında dostluq əlaqələrinin inkişafı üçün çalışmağa hazır olan azərbaycanlını baş nazir təyin edərdim”, – deyə ekspert  bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Султан
    Yanvar 16, 2022 - 13:45

    Наконец то ум возвращается…!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*