Ermənistanda bir gündə 31 nəfər COVID-19-dan öldübackend

Ermənistanda bir gündə 31 nəfər COVID-19-dan öldü

Ermənistanda daha 1 520 nəfərdə koronavirus aşkarlanıb.

KONKRET.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 121 979-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı31 nəfər artaraq 1 870-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 469-a yüksəlib. İndiyədək 88 388 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 31 243 aktiv koronavirus xəstəsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*