Ermənistanda daha bir etiraz aksiyası keçirildibackend

Ermənistanda daha bir etiraz aksiyası keçirildi

Ermənistan hökumətinin binası qarşısında itkin düşən əsgərlərin tapılıb geri gətirilməsi tələbi ilə etiraz aksiyası keçirilib.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, etiraz aksiyasına Qarabağda döyüş əməliyyatları davam edən zaman Zəngilan bölgəsinə köçürülən 40 hərbçinin qohumları toplaşıb. Həmin dövrdən etibarən yaxınları onlardan xəbər almayıb.

Bina qarşısına toplaşan etirazçılar itkin düşən hərbçilərin uşaqlarını da özləri ilə gətiriblər. Uşaqların əllərində “Mənə atamı qaytar”, “Mən atamı istəyirəm”, “Biz atamızı istəyirik” plakatlarını tutduğu bildirilib.

Etirazçılar rəsmi qurumların biganə münasibətindən şikayətlənirlər, belə ki, hökumət binasından heç kim onlarla danışmağa çıxmayıb.

Qeyd edək ki, ötən gün itkin düşən erməni hərbçilərinin yaxınları Rusiyanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*