Ermənistanda daha bir İSTEFA – “İndi vaxtı deyil!”backend

Ermənistanda daha bir İSTEFA - "İndi vaxtı deyil!"

Ermənistanın “Mənim Addımım” fraksiyasından keçmiş deputat Varazdat Karapetyan ölkəsinin Çindəki ticarət nümayəndəsi vəzifəsindən istefa verib.

KONKRET.az xəbər verir ki, o, istefa qərarını feysbuk səhifəsindən elan edib.

“İndi Çinə getmək vaxtı deyil, ölkədə qalmaq lazımdır. İndi biabırçı və amansız məğlubiyyətin yükünü əqidədaş və silahdaşlarla birgə daşımaq zamanıdır. Öncə milli dövlət qurmalı, strategiya hazırlamalı, missiyamısı dərk etməli, yalnız bundan sonra digərləri haqqında düşünməliyik”, – V.Karapetyan yazıb.

Xatırladaq ki, ötən ilin noyabrında Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətindən sonra V.Karapetyan deputat mandatından imtina etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*