Ermənistanda fövqəladə iclas – səfərbərliyə gəlməyənlər sərt cəzalanacaqbackend

Ermənistanda fövqəladə iclas - səfərbərliyə gəlməyənlər sərt cəzalanacaq

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, parlamentin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komissiyası bu gün fövqəladə iclasda hərbi təlimlərdə ehtiyatda olanların gəlməməsinə görə inzibati məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.

Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayanın sözlərinə görə, hökumət İnzibati Xətalar Məcəlləsinə, eyni zamanda Cinayət Məcəlləsinə dəyişiklik təklif edir. O, bildirib ki, qanun layihəsinə görə, məşqlərdə və ya təlim düşərgələrində gəlməməyə görə cəza indiki 20 min dramdan 30 minə, təkrarən pozulduğu təqdirdə cərimə 50 min drama qədər artırılacaq. Dəyişikliklər gəlməməyə əsaslı səbəblərin siyahısını tərtib edir və cəriməni ödəyəcək orqanı da göstərir.

“Əvvəllər hərbi təlimlərdə iştirak etməməyə görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulurdu. Bir qarışıqlıq var idi. Yalnız inzibati məsuliyyəti tərk etməyi təklif edirik. Hökümət tərəfindən elan edilmiş səfərbərlikdən boyun qaçıranlara qarşı cinayət məsuliyyəti sərtləşdiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*