Ermənistanın Armavir rayonunun Zartonk kəndində kütləvi dava olub.
KONKRET.az Trend-ə istinadən xəbər verir ki, dava nəticəsində 5 nəfər yaralanıb, 13 nəfər saxlanılıb.
Ermənistan polisi bildirib ki, dava avtomobili sürətlə idarə edən sürücü ilə digər maşındakılar arasında baş verib.
Qurbanlardan biri bıçaqlanıb, xuliqanlar “Mercedes-Benz Sprinter” markalı avtomobili daşa basıblar.
