Ermənistanda Paşinyana qarşı yeni siyasi qüvvə formalaşdırıldıbackend

Ermənistanda Paşinyana qarşı yeni siyasi qüvvə formalaşdırıldı

Ermənistanda Paşinyana qarşı yeni siyasi qüvvə yaradılıb.

KONKRET.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, yeni siyasi qüvvənin nümayəndələri hazırkı hakimiyyətin getməsini tələb etməklə yanaşı, erməni cəmiyyətini birləşdirmək təşəbbüsü ilə çıxış etdiklərini elan ediblər. Yeni qüvvənin təmsilçisi Samvel Haroyan Paşinyanı istefaya çağırıb.

“Əslində, bu bir milli hərəkatdır. İndi susmaq yersizdir, susmağa haqqımız yoxdur. Vətənimizi itiririk, Paşinyan xaindir. Qalan hər şey ikinci dərəcəli bir şeydir”, – deyə Samvel Haroyan bildirib.

Yeni hərəkat baş nazir Nikol Paşinyan və bütün komandasının dərhal istefası da daxil olmaqla, müxtəlif siyasi tələblər irəli sürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*