Ermənistan Baş naziri Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının sədr müavini Vaqan Aleksanyan Sünikdəki (Zəngəzur) bir neçə seçki məntəqəsinin ilkin nəticələrini açıqlayıb.
KONKRET.az Globalinfo.az-a istindən xəbər verir ki, səsvermənin nəticələrinə görə, Paşinyanın partiyası Zəngəzur ərazisində də liderdir.
Qeyd edək ki, Ermənistan müxalifəti xüsusən Zəngəzurdakı seçki məntəqələrindən gələcək nəticələrə ümid bəsləyirdi. Belə ki, müxalifət təbliğat-təşviqat kampaniyasında Paşinyanın seçiləcəyi təqdirdə guya buranı Azərbaycan və Türkiyəyə verəcəyini iddia edir, əhalini ona qarşı çıxmağa çağırırdı.
Sünik bölgəsindən gələn ilk nəticələr belədir:
Nerkin Hand, Sünik (Zəngəzur)
“Vətəndaş Müqaviləsi”: 50
“Birlik Qanadları”: 15
“Güclü Ermənistan“: 11
“Ermənistan” bloku: 3
Sisian, Balak
“Vətəndaş Müqaviləsi”: 49
“Güclü Ermənistan“: 18
“Ermənistan” bloku: 4
Verin Xotanan
“Vətəndaş Müqaviləsi”: 92
“Güclü Ermənistan“: 9
“Birlik Qanadları”: 26
“Ermənistan” bloku: 10
“Çiçəklənən Ermənistan”: 3
