Ermənistanda şərəfsiz azərbaycanlının kitabının təqdimat mərasimi olubbackend

Ermənistanda şərəfsiz azərbaycanlının kitabının təqdimat mərasimi olub

Ötən gün Ermənistanda şərəfsizliyini etriaf edən azərbaycanlı “jurnalist” Zeynal İbrahimovun “Oğluma 35 məktub” kitabının təqdimat mərasimi keçirilib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, mərasim Ermənistanın ilk ombudsmanı Larisa Alaverdyanın iştirakı ilə baş tutub.

Xatırladaq ki, “Oğluma 35 məktub” Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun birbaşa göstərişi, iştirakı və nəzarəti ilə hazırlanıb. Prosesə “institutun ekspert”lərindən biri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq zabiti Ruben Mehrabyan bilavasitə rəhbərlik edib. Kitaba giriş sözünün müəllifi də Mehrabyandır.

Zeynal İbrahimov kitabda Azərbaycan barədə yazdığını iddia etsə də, ölkəmiz barədə həqiqətə az-çox uyğun olan heç nə yoxdur. Məsələn, Z.İbrahimov iddia edir: “Azərbaycanda 1990-cı ildən bəri 20 Yanvar günü hər gün matəm kimi qeyd olunur. Halbuki hər şey yanvarın 3-də başlanmışdı. Yanvarın 13-də, yanvarın 20-dən bir həftə əvvəl Azərbaycanda yəhudilərə, ruslara, ermənilərə divan tutulmağa başladı. Həmin proseslər səngiməyə başlayanda isə Bakıya sovet qoşunları yeridildi. Bu, saxtakarlıqdır, gülüncdür”.

Z.İbrahimovun fikrincə, Azərbayaycanı ermənilərlə yanaşı, ruslar da tərk ediblər.

“Bakı artıq şəhər deyil. Bakı indi əyalətdən insanların axışıb məskunlaşdığı böyük kənddir. Bakı indi savadsızların, mədəniyyətsizlərin, tarixi saxtalaşdıranların məkanıdır”, – Z.İbrahimov kitabda yazıb. Onun iddialarına görə, Azərbaycandan “1 milyon erməni, rus və yəhudi qovulub”.

Göründüyü kimi, ermənilər 20 Yanvar ərəfəsində belə bir şərəfsizin kitabını gündəmə gətirməklə növbəti dəfə həyasızlıqla dünyaya dezinformasiya sızdırırlar.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*