Ermənistanı bir-birinə vuracaq ŞOK İDDİA: “Nikol Paşinyanın Cəlal Arutyunyana qarşı isti hissləri var”backend

Ermənistanı bir-birinə vuracaq ŞOK İDDİA: “Nikol Paşinyanın Cəlal Arutyunyana qarşı isti hissləri var”

Müharibədən sonra Azərbaycanın nəzarətinə keçən Hadrutla və mühasirə nəticəsində həlak olan, yaxud itkin düşən 72 hərbçi ilə bağlı cinayət işində Cəlal Arutyunyan da dindirilib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb:

“Hərbi qulluqçuların valideynləri iddia edirlər ki, ona qarşı ittiham irəli sürülməlidir. Çünki əmri Arutyunyan verib. Ola bilsin ki, dünən Cəlal Arutyunyana qarşı ittiham irəli sürülüb, amma həbs olunmayıb”.

İstintaq Komitəsi bildirib ki, sentyabrın 2-də Cəlal Arutyunyana Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü hissəsi (vəzifə səhlənkarlığı, beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə iki epizod üzrə ittiham irəli sürülüb. Onun barəsində həbs-qətimkan tədbiri kimi ölkədən getməmək barədə yazılı iltizam seçilib. Onun Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi kimi səlahiyyətləri dayandırılıb.

Bəzi məlumatlara görə, Nikol Paşinyanın Cəlal Arutyunyana qarşı isti hissləri var. Təqsiri təsnif etsək, Paşinyandan sonra ən böyük günahın əvvəldən düzgün taktika seçə bilməyən “Artsax Müdafiə Ordusu”nun komandirində olduğu göz qabağındadır” – qəzet yazıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*