Ermənistanın fövqəladə hallar naziri SAXLANILDIbackend

Ermənistanın fövqəladə hallar naziri SAXLANILDI

Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyanı saxlanılıb.

KONKRET.az xəbər verir ki, ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumatı təsdiqləyib.

Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi dünən fövqəladə hallar nazirini dindirməyə çağırıb. Dindirmələrin cinayət işi çərçivəsində həyata keçirildiyi bildirilib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının Fövqəladə Hallar Nazirliyində axtarışlar aparmasından və idarənin bir neçə əməkdaşını Korrupsiyaya Qarşı Mübarizə Komitəsində sorğu-sual etdikdən sonra Andranik Piloyanı 14 günlük məzuniyyətə göndərib.

“ArmLur.am” portalı isə nazirə qarşı ittihamların irəli sürüləcəyi anonsunu verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*