Ermənistanın hərbi doktrinasına dəyişiklik etmək istəyirbackend

Ermənistanın hərbi doktrinasına dəyişiklik etmək istəyir

Son aylarda Ermənistanda hərbi doktrinanın nəzərdən keçirilməsi ilə bağlı müzakirələr yenidən aktuallaşıb.

KONKRET.az ermənilərin “Fakt” qəzetinə istinadən xəbər verir ki, əvvəlki hakimiyyət dövründə dəfələrlə bu barədə məlumat verilsə də, heç bir dəyişikliklərdən söhbət belə getməyib.

Qəzet yazır ki, “Dövlətin ən yüksək səviyyələrində, habelə mütəxəssislər heç vaxt Ermənistan Respublikasının hərbi doktrinası ilə bağlı məsələlər barədə danışmayıblar”.

Erməni mütəxəssislərinin fikrincə, xüsusən regional və geosiyasi proseslərin dəyişdiyi zamanda ölkə üçün ciddi problemlər yaranıb. Ona görə də meydana çıxan müxtəlif amillər bütünlüklə doktrinada nəzərə alınmalıdır.

Bu ilin sonuna qədər doktrinanın yeni bir variantının Təhlükəsizlik Şurasına ilkin müzakirə üçün veriləcəyi istisna edilmir. Qəzetin mənbəyi bəzi hökumətyönlü qeyri-hökumət təşkilatlarının da doktrinanın hazırlanmasında ciddi şəkildə iştirak edəcəklərini bildirib.

Qeyd edək ki, təcavüzkar ölkənin hərbi doktrinası 2007-ci ildə qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*