Ermənistanın müdafiə naziri evlənir – FOTObackend

Ermənistanın müdafiə naziri evlənir - FOTO

Ermənistanın müdafiə naziri evlənir.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, 35 yaşlı Suren Papikyanın toyu yanvarın 22-də olacaq. “Aravot” qəzetinin məlumatına görə, mərasim paytaxtdakı “Firon” restoranında baş tutacaq. Gələcək yeni evlənənlər artıq toya dəvətnamələr göndərirlər.
Papikyanın gəlininin adı məlumdur.

Bu, hazırda Ermənistanın Ərazi İnkişafı Fondunda işləyən Armine Muradyandır. Əvvəllər o, Ermənistan Respublikasının ərazi inkişafı və infrastruktur naziri vəzifəsində işlədiyi müddətdə Papikyanın özünün mətbuat katibi vəzifəsində çalışıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*