Ermənistanın “sərhəddə silahlı insident olub” iddiasına MN-dən REAKSİYAbackend

Ermənistanın "sərhəddə silahlı insident olub" iddiasına MN-dən REAKSİYA

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Azərbaycanla sərhəddə insident olması barədə açıqlamasına münasibət bildirib.

Müdafiə Nazirliyindən KONKRET.az-a bildirilib ki, şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur:

“Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*