Ermənistanın XİN rəhbəri: “Azərbaycan sülh sazişinin elementlərini bizə verib”backend

Ermənistanın XİN rəhbəri: “Azərbaycan sülh sazişinin elementlərini bizə verib”

“Azərbaycan sülh sazişinin elementlərini bizə verib”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib. O, bu gün bəyan edib ki, Azərbaycan beş prinsip əsasında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin elementlərini təhvil verib.

“Martın əvvəlində Azərbaycanın təqdim etdiyi 5 bəndlik təkliflərdə qəbuledilməz heç nə yoxdur, lakin onlar tam gündəliyi ifadə etmir.

Bu dəfə Azərbaycan tərəfinin irəli sürdüyü təkliflər, əslində, həmin prinsiplər üzərində qurulub. Elə şeylər var ki, biz hələ təhlil edirik, reaksiya verəcəyik, yenə bizim üçün məqbul sayılacaq şeylər olacaq, qəbul olunmayanlar da olacaq, təkliflərimiz də olacaq. Normal danışıqlar prosesi davam edəcək”, – deyə Mirzoyan bildirib.

O qeyd edib ki, Bakı-Xankəndi dialoqunun beynəlxalq mexanizminin yaradılması ideyası var, müzakirələr aparılır.

“Bizim bir mövqemiz var, Azərbaycanın başqa mövqeyi var. Biz ümumi qarşılıqlı mövqeyə gələndə sizə məlumat verəcəyik”, – deyə XİN rəhbəri bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*