Ərzaqlar talonla satılacaq – Putindən TƏKLİFbackend

Ərzaqlar talonla satılacaq - Putindən TƏKLİF

Rusiya prezidenti Vladimir Putin yoxsullar üçün talon tətbiq etmək barədə düşünməyi təklif edib.

KONKRET.az Lenta.ru-ya istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüş zamanı əhalinin yoxsul təbəqəsi üçün ərzaq talonlarının tətbiqi barədə düşünmək təklifi ilə razılaşıb, amma bu məsələ ilə bağlı problemlər olduğunu da qeyd edib.

Dövlət başçısının sözlərinə görə, aztəminatlı vətəndaşlar üçün ərzaq talonları məsələsi artıq hakimiyyətin diqqət mərkəzindədir və sözügedən ideyanın müsbət tərəfləri müşahidə olunmaqdadır. ”Düzdü, fikrimcə, indi bu məsələ epidemiyanın tüğyan etdiyi dönəmlərdəki qədər aktual deyil, amma bu barədə düşünməyə dəyər.”,-deyə Putin vurğulayıb.

Daha əvvəl yoxsullar üçün ərzaq talonlarının və sosial qida proqramının tətbiqinin gərəkliliyi barədə İctimai Palatanın aqrosənaye kompleksinin inkişafı komissiyasının rəhbəri Yuliya Ogloblina söz açmışdı. Onun sözlərinə görə, əsas ərzaq məhsullarının qiymətlərinin müvəqqəti dondurulması problemi həll etməyəcək və buna uyğun gəlir artımı isə gözlənilmir.

Qeyd edək ki, 2020-ci ilin dekabrında RLDP (red.Rusiya Liberal Demokrat Partiyası) fraksiyasından olan bir qrup millət vəkilinin (17 Fevral görüşündə sertifikatlar məsələsini partiya lideri Vladimir Jirinovski qaldırmışdı), eləcə də senatorlar Sergey Leonovla İvan Abramovun ərzaq sertifikatları ilə bağlı qanun layihəsi hazırladıqları məlum oldu. Deputatların fikrincə, həmin sertifikatlar adambaşına nəzərdə tutulmuş məbləğdən aşağı gəliri olan Rusiya vətəndaşlarına verilməlidir.

Bu arada Novosibirskdə yerli deputatlar 2022-ci ildən etibarən elektron ərzaq kartları tətbiq etməyə hazırlaşır. Sözügedən təşəbbüs ərazisinə görə ölkənin üçüncü böyük şəhəri olan Novosibirskdə sakinlərin səkkiz faizinin yemək almağa pulu çatmaması ilə izah edilir.

Xatırladaq ki, ərzaq məhsullarının talonla satılması ənənəsi SSRİ dönəmində tətbiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*