“Əsgərləri öz qarnizonlarına göndər” – ABŞ-dan Rusiyaya Ukrayna ilə bağlı ŞƏRTbackend

"Əsgərləri öz qarnizonlarına göndər" - ABŞ-dan Rusiyaya Ukrayna ilə bağlı ŞƏRT

“Rusiya gərginliyin azaldılması məsələsində səmimidirsə, Kiyevdən çıxardığı əsgərlərini qarnizonlarına geri qaytarar. Ancaq o bunu etmir”.

KONKRET.az xəbər verir ki, bu fikirlər Pentaqonun sözçüsü Con Kirbiyə aiddir.

ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, onlar Rusiya qoşunlarının Kiyevdən geri çəkildiyini müşahidə ediblər. Ancaq bu çəkilmə Belarusa doğrudur:

“Son 24 saat ərzində biz Rusiyanın Kiyev ətrafında yerləşdirilən qoşunlarının və taktiki batalyonlarının kiçik bir hissəsinin yerdəyişməsinə başladığını gördük. Onlar Qostomel və Çernobıl AES yaxınlığından geri çəkiliblər”.

Qeyd edək ki, ötən gün Ukrayna Baş Qərargahı Rusiyanın Çernobıl AES-ə qoşun topladığını bildirib.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*