“Əsgərlərimiz xüsusi əməliyyatdan Rusiyaya ayaqsız qayıdıblar”.
KONKRET.az xəbər verir ki, bunu bu gün Rusiya sosial şəbəkə istifadəçiləri yazıblar. Onlar Ukraynadan qayıdan hərbçilərin təltif olunması kadrlarına baxıb kədərləndiklərini bildiriblər.
Rusiyalıları indi daha çox qorxudan aprelin 1-dən başlayacaq növbəti çağırışlardır. Onlar qurbanların daha çox olacağını vurğulayırlar.
“Dəhşətlidir ki, aprelin 1-dən yeni səfərbərlik qanunu qüvvəyə minəndə qurbanlar daha çox ola bilər!”, – deyə yazıblar.
Xuraman Etibarlı,
KONKRET.az
