Əslində dünyada NƏ BAŞ VERİR? – Siyasətlə PƏRDƏLƏNƏN YALANLARbackend

Əslində dünyada NƏ BAŞ VERİR? - Siyasətlə PƏRDƏLƏNƏN YALANLAR

Tanrını görmək olmasa da, anlamaq mümkündür. Hazırda dünyada baş verənləri isə görmək olsa da, anlamaq olmur. Elm və iqtisadiyyatın siyasətlə triosu dolaşıq vəziyyət yaradıb.

KONKRET.az nümunə kimi İran-Azərbaycan münasibətlərini göstərə bilər. Molla rejimi Azərbaycana, Bakı da öz növbəsində Tehrana qarşı antitəbliğat maşınını işə salıb. Farsların erməniləri “qırmızı xətt” adlandırması, Azərbaycanın isə Zəngəzur dəhlizini açmaq istəyi iki ölkəni savaş astanasına gətirib.

Amma…

Digər tərəfdən İran-Azərbaycan-Rusiya arasında Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlərin getdiyi deyilir.

Rusiya Azərbaycanın daxilində, Qarabağda yaşayan ermənilərə muxtariyyət vermək barədə danışır, digər tərəfdən Kreml Bakının ən önəmli iqtisadi tərəfdaşlarındandır. Yəni bəzən baş verənlər elə ruslara satdığımız xiyar kimi çətin anlaşılandır.

III Dünya Müharibəsi

Dünyada baş verənlər daha mürəkkəb çərçivələnib. Buna ağalıq mübarizəsi adı qoymaq istəyənlər bilir ki, planetin gücləri çoxdan müəyyənləşib:

Böyük Britaniya, Fransa, ABŞ, Çin, Rusiya, Almaniya, Yaponiya, İtaliya, İsrail

Hazırda Ağ Ev ilə Londonun Parisi cəzalandırmaq istədiyi vurğulanır. Bir tərəfdən də deyirlər ki, dünyanı massonlar idarə edir. Yəni bu belədirsə, ən qədim masson lojası İngiltərə, ikincisi Fransada yaradılıb. ABŞ-ın “Azadlıq Heykəli” də Parisdən göndərilib. İkinci ən güclü masson lojası Şərqi Fransadır. Masson qanunları pozula bilməz. Həmin qaydalarda isə sadiqlik əsas müddəalardandır. Yəni Makron nə qədər sarsaqlasa da, ABŞ və Britaniya Eyfeli uçurdası deyil.

Hazırda Qərbin Rusiyanı parçalamaq istədiyi vurğulanır. SSRİ yaranması və parçalanması da masson layihəsidir. Belə deyək, massonlar öz adamlarının köməyi ilə Çar Rusiyasını yıxıblar. Putinin Pyotr parodiyaları da publika xətrinədir. Rusiya yuxarıdakı lojaların bir hissəsidir. Gərginlik və savaşlardakı əsas məqsəd Yer kürəsindəki səfaləti çoxaltmaq, insan sayını azaltmaqdır. Ortada orqan, silah, narkotik alveri, virus yaymaq kimi qırğın mərmiləri də var. Bax burda ikitirəlik yaranır. Çünki bir tərəfdə vaksin adı ilə insanlığın çipləşdirilərək rəqamsal dünyaya keçidi, o biri yanda yaşıl enerji və ya ətraf mühitin mühafizəsi var. Bir sözlə, yaşıl gündəm rəqəmsal cəmiyyətə keçidi ləngidir. Amma burda da təzad var. Belə ki, ekologiyanın mühafizəsi rəqəmsal cəmiyyət yaratmaq istəyən ölkələrdə daha aktualdır. Laboratoriyaya çevrilən Afrika və savaş meydançası olan Asiyada ekoloji vəziyyət regiondakı stabillik kimi oynaqdır. Dünyada baş verənlərin nəyə xidmət etdiyi barədə ən qorxunc proqnoz isə belədir:

– Şimali Amerika, Avropa və Avstraliyada insanlıq qorunacaq, Cənubi Amerika, Afrika və Asiya sakinlərinə peyvənd adı ilə yerləşdirilən çiplər söndürüləcək ki, ölsünlər.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*