Birinci və İkinci Dünya Müharibələri, soyuq müharibə və indiki sanksiya çılğınlığı göstərdi ki, Qərb Rusiyanın ümumiyyətlə mövcud olmasını istəmir. Və beləliklə də Rusiyanın bütün sərvətlərinin Qərbə qalmasına çalışır.
KONKRET.az xəbər verir ki, rusiyalı siyasi analitiklər belə düşünürlər: “İkinci Dünya Müharibəsindən sonra müxtəlif ölkələrdə yaradılan itaətkar siyasi qüvvələrlə yanaşı, bütün dünyada qlobal maraqları olan ABŞ da var. Və son illərin təcrübəsi göstərir ki, Vaşinqton hələ də onlar üzərində siyasi nəzarəti qoruyub saxlaya bilir. Üstəlik, bu siyasi qüvvələr təkcə ABŞ-ın maraqlarına uyğun hərəkət etmirlər, həm də öz dövlətlərinin mənafeyinə ziyan vurmağa çalışırlar”.
“Bu, bütün Qərbi Avropa, Yaponiya və Cənub-Şərqi Asiyanın bir sıra ölkələridir ki, onların çoxu ABŞ-ın “qucağı”ndan xilas olmaq istəyir. Lakin intellektual cəhətdən yararsız, lakin itaətkar fiqurların hakim siyasi partiyalarda rəhbər vəzifələrə irəli sürülməsi məqsədyönlü şəkildə həyata keçirilir”.
“Rusiyaya münasibətdə Avropanın sanksiya siyasəti də məhz bundan qaynaqlanır. İlk baxışdan hər şey dəqiq görünür və ABŞ-ın siyasi-iqtisadi maraqlarına cavab verir. Rusiya Avropa bazarını itirir, nəticədə qazın və neftin qiyməti xeyli artır, daha sonra Amerika Avropanı öz nefti ilə doldurur. Bəs nəticə nə oldu? Enerji böhranı bütün dünyanı bürüdü, ABŞ-ın özünə zərər verdi, qaz qiymətlərinin çox yüksək olması gübrə istehsalına mənfi təsir etdi. Gələcəkdə qlobal miqyasda ərzaq böhranı baş qaldıra bilər. İntellektual qabiliyyətləri ilə deyil, şəxsi və korrupsioner əlaqələri, seçkiqabağı saxtakarlıqları sayəsində hakimiyyətin zirvəsində duran fiqurların düşünülmüş siyasi qərarlarının nəticəsi də belə olur” – rusiyalı analitiklər bildirirlər.
“Bu arada baş verən hadisələr ciddi hərbi potensiala malik Rusiya ilə iqtisadi və hərbi imkanları böyük olan ÇXR arasında əhəmiyyətli siyasi-iqtisadi yaxınlaşmaya səbəb oldu. Eyni zamanda Qərbi Avropada və ABŞ-ın özündə daxili siyasi vəziyyət planlaşdırılan ssenarilər üzrə getmir. Enerji böhranı artmaqdadır və Avropa çətin ki, hərbi komponentini ağırlaşdırmaq istəsin. Qoca Avropa yaxşı bilir ki, ABŞ Rusiya ilə müharibəyə getməyəcək və kritik məqamda öz “müttəfiqlərini” tərk edəcək. Onlar başa düşürlər ki, ABŞ-ın dünyanın heç bir yerində müttəfiqi yoxdur, amma elə vassallar var ki, onların ön cəbhələri müəyyən situasiyalarda hökmdarın maraqları üçün qurban verilir. Ukraynanı buna əyani misal göstərmək mümkündür. Bir müddət sonra Kiyev təslim olmaq məcburiyyətində qalacaq ki, bu da nə ABŞ-ın, nə də Qərbi Avropanın planlarına daxil edilməyib. Qərb üçün Ukraynanın nasistlərin əlində qalmasının əhəmiyyəti yoxdur. Üstəlik, onlar bunda maraqlıdırlar. Çünki nasistlər istənilən halda Rusiyaya qarşı təxribat fəaliyyətini davam etdirəcəklər” – analitiklər belə düşünürlər.
Müşviq Tofiqoğlu,
KONKRET.az
