“Rusiya Ukraynada kütləvi qırğın silahlarından istifadə edərsə, NATO birbaşa müdaxilə etməlidir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu CNBC televiziyasına Estoniyanın Baş Qərargah rəisi, general-leytenant Martin Herem bildirib.
Rusiya Ukraynada nüvə, bioloji və ya kimyəvi silahlardan istifadə etsə, NATO buna müdaxilə etməlidirmi?” sualına Herem, “Rusiya kütləvi qırğın silahlarından istifadə edərsə, bəli” cavabını verib.
Eyni televiziya kanalına danışan Estoniya müdafiə nazirliyinin katibi Kusti Salm Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə üçün hazırlaşdığını bildirib:
“Onlar bunu öz sözləri ilə açıq şəkildə bəyan edirlər və bunun baş verməsi üçün şərait hazırlayırlar. Bunun son hədəf olduğunu düşünmək sadəlövhlük olardı. Rusiya nüvə silahından istifadə edəcəyinə dair qorxu mühiti yaratmaqla gərginliyi artırır”.
İqbal Rzayev,
KONKRET.az
