ABŞ-ın Texas ştatında evə edilən hücumda 3 uşaq ölüb, 2 azyaşlı isə yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə KTVT məlumat yayıb.
Bildirilib ki, dünən yerli vaxtla saat 16 radələrində Texasın İtaly bölgəsində bir evə hücum olduğu barədə polisə məlumat daxil olub.
Hücumda yaralanan iki uşaq helikopterlə xəstəxanaya aparılıb.
Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən uşaqların anası Ellis bölgəsində saxlanılıb.
İqbal Rzayev,
KONKRET.az
