“Evlərinizə geri dönməyə hazırlaşın” – Tural Gəncəliyevdən Xankəndi sakinlərinəbackend

“Evlərinizə geri dönməyə hazırlaşın!” - Tural Gəncəliyevdən Xankəndi sakinlərinə

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev özünün şəxsi “Facebook” hesabında paylaşım edib.

KONKRET.az xəbər verir ki, paylaşımda Xankəndi sakinlərinin öz evlərinə geri dönəcəkləri bildirilib:

“Əziz Xankəndi sakinləri! Böyük fəxr və qürur hissi ilə bildirirəm ki, bütün Qarabağımızda, həmçinin, Xankəndi şəhərimizdə Azərbaycan Respublikasının tam suverenliyi bərpa ediləcək!

Xankəndi üçrəngli bayrağımızla gözəlləşəcək! Xankəndi sakinləri öz evlərinə geri dönəcəklər!

Xankəndi Azərbaycanın ən gözəl, ən yüksək inkişaf etmiş şəhərlərindən biri olacaq! “Yolumuz Xankəndinədir!” demişdim, artıq çatdıq! Evlərinizə geri dönməyə hazırlaşın!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*