Evo Morales İnterpol xətti ilə axtarışa verildibackend

Evo Morales İnterpol xətti ilə axtarışa verildi

Boliviyanın sabiq prezidenti Evo Morales barəsində beynəlxalq axtarış elan olunub.

KONKRET.AZ CNN TÜRK-ə istinadla xəbər verir ki, bu barədə sabiq prezident Meksikada keçirdiyi mətbuat konfransında bildirib.

E. Morales qeyd edib ki, Boliviya hüquq-mühafizə orqanları onu İnterpol xətti ilə axtarışa verib.

Sabiq prezident barəsində səsləndirilən ittihamları qəbul etmədiyini vurğulayıb.

Xatırladaq ki, ölkədə baş verən etiraz aksiyalarına görə noyabrın 10-da Boliviya prezidenti Evo Morales istefa verdiyini açıqlayıb. Bundan sonra sabiq prezident ölkəni tərk edərək Meksikaya gedib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*