“Rusiya danışıqlarda “yumşalıb””.
KONKRET.az xəbər verir ki, bu barədə Zelenskinin ofis rəhbərinin müavini İqor Jovkva danışıb. Obildirib ki, Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar “daha konstruktivləşib”. Onun sözlərinə görə, Rusiya Federasiyası Ukraynanın mövqeyini eşitməyə başlayıb.
“İlk raundlarda Rusiya bizim mövqeyimizi eşitməyə hazır deyildi, ultimatumlar qoyurdu: Ukrayna təslim olmalıdır, silahlarını yerə qoymalıdır, prezidentimiz təslim olmağa imza atacaq. İndi Rusiya bir qədər fərqli tonda danışır”.
Jovkva əlavə edib ki, danışıqlarda Ukrayna nümayəndələri “orta nikbindir” və qeyd edib ki, dövlət başçılarının iştirakı ilə bu danışıqlarda böyük irəliləyiş əldə olunacaq.
Xuraman Etibarlı,
KONKRET.az
