“Facebook”dan milyonlarla insanın məlumatlarının oğurlanmasına REAKSİYAbackend

“Facebook”dan milyonlarla insanın məlumatlarının oğurlanmasına REAKSİYA

“Facebook” sosial şəbəkəsi bu yaxınlarda 530 milyondan çox istifadəçinin şəxsi məlumatlarının oğurlanmasına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə xəbər “Facebook”un rəsmi səhifəsində dərc edilib.

Sosial şəbəkə nəhəngi məlumatların internetə sızmasını haker hücumu yox, cinayətkarların veb-resurslar yolu ilə şəxsi məlumatlara keçid əldə etməsi ilə əsaslandırıb.

“Bir məsələni anlamaq vacibdir ki, cinayətkarlar informasiyanı bizim sistemlərimizdən haker hücumu yolu ilə yox, məlumatların platformamızdan çıxarılmasının köməyi ilə əldə ediblər”, – “Facebook”un açıqlamasında deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*