“Facebook”-un Allahlıq iddiası: İnsanların həyatı və ölümü necə idarə edilir? – The Telegraph”-dan ŞOK ARAŞDIRMAbackend

“Facebook”-un Allahlıq iddiası: İnsanların həyatı və ölümü necə idarə edilir? - The Telegraph”-dan ŞOK ARAŞDIRMA

“Facebook” və “Instagram”ın sahibi olan Meta gözlənilməz qərar qəbul etdi. Şirkət rəhbərliyi indi Ukraynada xüsusi əməliyyatda iştirak edən ruslara qarşı zorakılıq çağırışlarına icazə verən bəzi qaydalara yenidən baxıldığını və “yumşaldıldığını” elan edib. Ekspertlər bunu söz azadlığını manipulyasiya etmək cəhdi kimi qiymətləndirirlər.

Əlbəttə ki, Ukraynada xüsusi əməliyyatda iştirak edən ruslara qarşı zorakılıq çağırışlarına icazə verilməsi gözlənilməz addımdır. Lakin Meta söz azadlığını öz bildiyi kimi şərh edir. Fiziki zorakılıq təhdidinə hansısa şəkildə haqq qazandırmaq mümkündürmü? Facebook-un ötən həftə verdiyi açıqlamalara görə, bu mümkündür.

“Facebook” və “Instagram” sosial şəbəkələrini idarə edən “Meta” qərarı gözlənilməz olduğu qədər təəccüblüdür. Şirkət, ənənəvi nifrət nitqi siyasətini dəyişdirərək, bir sıra ölkələrdə bu sosial şəbəkələrin istifadəçilərinə Ukraynada xüsusi əməliyyatda iştirak edən ruslara qarşı zorakılıq çağırışlarına icazə veriləcəyini açıqladı. Amfiteatrda öz şıltaqlığına görə qulların taleyini baş barmağı ilə həll edən Sezar və ya qəddarlığı camaat üçün əyləncə kimi görən yunan tanrıları kimi bu sosial şəbəkələr də Avropada söz azadlığının taleyini nəzarətə götürüb. Qardaşını öldürmək haqqında fikirləşirsənsə bunu internetdə danış. Hətta bunu etməyəcəksən belə. Qəribə burasıdır ki, bu icazə yalnız Ermənistan, Azərbaycan, Estoniya, Gürcüstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Ukrayna əhalisi üçündür.

Təəccüblü deyil ki, bu cür ifadələrdə Allahın qüdrətinin gurultulu qeydlərini görmək olar. İndi 2022-ci ildə Meta millətlərüstü gücdür, tək bir şəxsin idarə etdiyi bir imperiyadır. O, seçicilərə təsir edir, nitqə nəyin icazə verildiyini və nəyin qadağan olunduğunu müəyyənləşdirir, pozğunlar və ekssentriklər üçün görüş yeri və tullantıların yığılmasından şikayət etmək imkanı belə verir. Başqa sözlə bu bir məbəddir. Lakin məbəddən fərqli olaraq, Meta və onun törəmə şirkətləri səhmdarların maliyyə xeyri üçün fəaliyyət göstərir. Halbuki, onlar müəyyən etik, siyasi və mədəni normalara uyğun qərarlar qəbul etməlidirlər. Di gəlki, onlar maliyyə göstəricilərinin əsiridirlər.

Son illərdə şirkət öz platformalarında hansı dilə icazə verildiyi barədə açıq-saçıq bəyanatlar verir, söyüş və zorakılıqla bağlı sərt qaydalar qoyur. O, bizi inandırmaq istəyir ki, mükəmməl süni intellektli nifrət əleyhinə nitq alqoritmi və moderatorlar ordusu istifadəçiləri zərərli sözlərdən qoruyur. Çılpaq şəkil yerləşdirsəniz, təhdid etsəniz və ya ayrı-seçkilik yaradan dildən istifadə etsəniz, xəbərdarlıq edilə və ya müvəqqəti olaraq qadağan oluna bilərsiniz.

Hələ bu harasıdır. Əgər siz bu yaxınlarda Amerika prezidenti olmusunuzsa və tərəfdarlarınız Kapitol binasına hücum edibsə, siz tamamilə bu şəbəkədən uzaqlaşdırıla bilərsiniz. Bəli, onların hamısı söz azadlığının tərəfdarıdır. Ancaq bir şərtlə ki, o azadlıq çox olmasın.

“The Telegraph”, Böyük Britaniya. 14 mart 2022.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*