“Facebook” və “Twitter”in yeni rəqibi gəlirbackend

"Facebook" və "Twitter"in yeni rəqibi gəlir

“Vikipediya”nın həmtəsisçisi Cimmi Ueyls “Facebook” və “Twitter”ə rəqib yeni sosial şəbəkə yaradıb.

KONKRET.AZ bildirir ki, bu barədə “Financial Times” xəbər verib.

Ueylsin açıqlamasına görə, “WT: Social” reklamlardan azad lacaq. Layihə “Vikipediya”nın biznes-modelini təkrarlayaraq istifadəçilərin kiçik qrupunun ianələri hesabına işləyir.

Yeni sosial şəbəkə istifadəçilərə məqalələrin istinadlarını mübadilə və xəbər xəttində onları müzakirə etmək imkanı verir.

Hazırda yeni sosial şəbəkədən 50 min insan istifadə edir. Ancaq Ueyls bildirib ki, onun hədəfi istifadəçilərin sayını 500 milyona çatdırmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*