YUNESKO qeyd edir ki, dünya dillərinin təxminən üçdə biri yox olmaq təhlükəsindədir. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun xüsusi müxbiri İldırım Musayev xəbər verir ki, yaxın gələcəkdə mövcud 7 min dildən 2,5 min dili yox olacaq.
Orta Asiyada bu təhlükə Tacikistanda özünü göstərir. Bu ölkədə elə dillər var ki, ümumiyyətlə, dünya dilləri arasında qeydə alınmayıb və tamamilə yox olmaq üzrədir. Əsasən rəsmi statusu və yazılı dili olmayan Pamir dilləri iki min ildən çox yaşı olsa da, yalnız şifahi olaraq istifadə olunur. Artıq Pamir dillərindən istifadə edənlərin sayı ildəilə azalır ki, bu tamamilə ölü dillər qrupuna aid edilir.