Fələstin torpaqları bu ölkələrə verilə bilər – Zaxarovabackend

Fələstin torpaqları bu ölkələrə verilə bilər – Zaxarova

Qərb strukturları Fələstin torpaqlarının ərəb dövlətləri ilə assosiasiyası ilə bağlı şübhəli planlar irəli sürür və bu, neokolonializm siyasətinin davamı kimi qiymətləndirilə bilər.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib.

“Diqqət yetirdik ki, son vaxtlar Qərb hökumət strukturları tərəfindən maliyyələşdirilən bir sıra analitik mərkəzlər xətti ilə Fələstinin gələcəyi ilə bağlı müxtəlif “alternativ sxemlər” yenidən təşviq olunur.

Xüsusilə, bu qurumlar Fələstin ərazilərinin qonşu ərəb dövlətləri ilə assosiasiyasını nəzərdə tutan şübhəli variantları yenidən gündəmə gətirirlər”, – XİN rəsmisi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*