“Fənərbağça” “Napoli”nin hücumçusu Romelu Lukakunun transferi üçün danışıqları davam etdirir.
KONKRET.az xəbər verir ki, “Hurriyet” nəşrinin məlumatına görə, İstanbul klubu belçikalı futbolçunun nümayəndəsi ilə şifahi razılığa gəlib.
Növbəti mərhələdə “Fənərbağça”nın “Napoli” ilə transfer məbləğini razılaşdırması gözlənilir. “Fənərbağça” 6-7 milyon avro ödəməyi nəzərdə tutsa da, İtaliya klubu 33 yaşlı hücumçu üçün 12 milyon avro tələb edir.
Qeyd olunur ki, Lukakunun satışından əldə olunacaq məbləğin 40 faizi “Çelsi”yə ödənilməlidir.
