Fevralın 1-dən əhaliyə xərcinin bir hissəsinin – QAYTARILMASINA BAŞLANIRbackend

Fevralın 1-dən əhaliyə xərcinin bir hissəsinin - QAYTARILMASINA BAŞLANIR

Xəbər verildiyi kimi, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən stimullaşdırıcı alət kimi bir sıra vergi güzəştləri tətbiq ediləcək.

KONKRET.az məlumat verir ki, əsas yeniliklərdən biri ticarət və iaşə müssisələrində ödənişlər zamanı tutulan verginin (ƏDV-nin) bir hissəsinin müştəriyə qaytarılmasıdır.

Belə ki, ödənişi post terminallar (nağdsız) və nağd edənlər müvafiq olaraq ƏDV-nin 15% və 10%-ni geri alacaqlar.

“Marja”nın məlumatına görə, İqtisadiyyat Nazirliyinin 2019-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Dövlət Vergi Xidmətinin rəsmisi İlkin  Vəliyev bildirib ki, ƏDV-nin bir hissəsinin müştəriyə qaytarılmasına 2020-ci ilin 1 Fevral tarixindən başlanılması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*