Namizədliyini 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsindən irəli sürmüş Günay Ağamalının Salyanda etirazla qarşılanmasını əks etdirən görüntülər yayılıb.
KONKRET.az-ın xəbərinə görə, seçicilərin etirazları səbəbindən ərazidən uzaqlaşmağa çalışan Günay Ağamalı çətin anlar yaşayıb.
Belə ki, avqustun 29-da Salyan rayonunun Sarvan kəndində seçicilərlə görüş keçirən Günay Ağamalı yerli sakinlərin etirazları ilə üzləşib və tədbiri yarımçıq tərk edərək ərazidən uzaqlaşıb.
Xatırladaq ki, Günay Ağamalı VI çağırış Milli Məclisin deputatı, “Ana Vətən” partiyasının sədri Fəzail Ağamalının qızıdır.
Həmin görüntüləri təqdim edirik:
Natiq Səlim,
KONKRET.az
Fəzailin qızı namizədliyindın əvvəl bilirdi ki, Salyan harada yerləşir?