FHN cəbhə bölgəsindəki vəziyyətlə bağlı MƏLUMAT YAYDIbackend

FHN cəbhə bölgəsindəki vəziyyətlə bağlı MƏLUMAT YAYDI

Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin təxribatçı xislətindən irəli gələrək Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq əhalinin sıx yaşadığı yaşayış məntəqələrini, fərdi və çoxmənzilli yaşayış binalarını, o cümlədən mülki obyektləri ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nəticədə yanğınlar baş verir, dinc əhalinin əmlakına ciddi ziyan yetirilir.

Belə ki, bu gün də Ermənistan qoşunlarının atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarının bir sıra kəndlərində mülki obyektlərdə yanğınlar baş verib. Dərhal hadisə yerlərinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğınlar qısa müddətdə söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*