FHN əməkdaşının iş yoldaşını güllələməsi ilə bağlı DETALLAR AÇIQLANDIbackend

FHN əməkdaşının iş yoldaşını güllələməsi ilə bağlı DETALLAR AÇIQLANDI

Odlu silahla iş yoldaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub.

KONKRET.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 10-da, saat 15 radələrində bir nəfər şəxsin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Zahid Sarıyev şübhəli şəxs qismində tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*