FHN-in xüsusi texnikası qəzaya düşüb – FOTObackend

FHN-in xüsusi texnikası qəzaya düşüb - FOTO

Ötən gecə Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Hüseyn Seyidzadə küçəsində “KIA” markalı minik avtomobili əks istiqamətdə hərəkətdə olan zaman sürücü qəfildən sükana nəzarəti itirib.

Nəticədə maşın qarşı yola keçərək FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik maşınında olan 2 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə polis və 2 təcili yardım briqadası cəlb olunub. Yaralılara tibbi yardım göstərilib.

Hadisənin təfərrüatını Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*