FİFA ukraynalı futbolçulara görə qaydanı dəyişdibackend

FİFA ukraynalı futbolçulara görə qaydanı dəyişdi

FİFA Ukraynadakı vəziyyətlə əlaqədar transfer qaydalarına dəyişiklik edib.

KONKRET.az qurumun saytına istinadən xəbər verir ki, FİFA ukraynalı futbolçulara transfer pəncərəsi xaricində yeni klublara keçməyə icazə verib.

İndi ukraynalı futbolçular qeydiyyət müddəti başa çatmış liqalarda belə qeydiyyatdan keçə bilərlər.

Qeyd olunur ki, ukraynalı futbolçuların ölkəni tərk etməsinə icazə verilərsə, keçidlər mümkündür. Bundan əlavə, bir klub ikidən artıq ukraynalını qeydiyyatdan keçirə bilməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*