Film çəkilişində kinooperatoru öldürən məşhur aktyor HƏBS EDİLƏ BİLƏRbackend

Film çəkilişində kinooperatoru öldürən məşhur aktyor HƏBS EDİLƏ BİLƏR

ABŞ prokurorluğu “Rast” filminin çəkilişlərində kinooperatorunun ölümü ilə bağlı cinayət ittihamı irəli sürə bilər.

KONKRET.az bu barədə “Euronews”a istinadən xəbər verir.

Eyni zamanda, atəş açan aktyor Alek Bolduin digərləri ilə bərabər məsuliyyətə cəlb oluna bilər, çünki o, həmçinin filmin prodüserlərindən biridir.

KİV-in məlumatına görə, çəkilişlərdə rekvizit yox, döyüş silahı istifadə olunub. Ödənişlərin məbləği milyonlarla dollar təşkil edə bilər.

Qeyd edək ki, ötən cümə axşamı günü “Rast” filminin çəkilişlərində A. Bolduinin butafor revolverdən açdığı atəş nəticəsində 42 yaşlı operator Qalina Hatçins ölüb, rejissor Coel Souza yüngül xəsarət alıb.

Ölümlə nəticələnən insidentin fonunda ABŞ-ın Flint şəhərinin ekoloji problemlərindən bəhs edən “Rast” filminin premyerası qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Bunları da oxuya bilərsiniz: Dünya ŞOKDA: Məşhur aktyor operatorla rejissoru güllələdi – VİDEO

Hollivud ulduzunu kim tora saldı?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*