“Finlandiya Rusiya ilə sırf praktiki əlaqələr saxlayır, lakin yüksək səviyyəli rəhbərliklə heç bir əlaqə yoxdur”.
KONKRET.az xəbər verir ki, bunu ölkənin seçilmiş prezidenti Alexander Stubb brifinqdə deyib.
“Hazırda bizim Rusiya ilə heç bir siyasi münasibətimiz yoxdur. Tezliklə hansısa yaxşılaşmanı görmürəm. Səbəb təbii ki, Rusiyanın Ukraynada apardığı müharibə və təcavüzüdür”, – Stubb bildirib.
Bununla belə, o, əlavə edib ki, Finlandiyanın Rusiya ilə hələ də praktiki əlaqələri var, məsələn, sərhəd məsələləri və diplomatiya.
Natiq Səlim,
KONKRET.az