“Foreign Affairs”: “İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqla regional inkişafı ləngidir”backend

"Foreign Affairs": "İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqla regional inkişafı ləngidir"

İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqla regional inkişafı ləngidir.

KONKRET.az xəbər verir ki, bu sərlövhə ilə İldə 6 dəfə nəşr olunan beynəlxalq münasibətlər və xarici siyasəti üzrə Amerika jurnalı “Foreign Affairs” yazı dərc edib.

“Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi İranın Ermənistana girişini əngəlləyəcək, onları ümumi sərhəddən məhrum edəcək.

İran Ermənistanı Avrasiya ilə kritik bir əlaqə kimi görür. Tehran regionun beynəlxalq səviyyədə tanınmış sərhədlərində istənilən dəyişikliyə qarşı hərbi güc tətbiq etməklə hədələyib.

Keçən iyulda Türkiyə Prezidenti ilə görüşü zamanı İranın ali dini lideri Ayətullah Əli Xamenei xəbərdarlıq edib. O, “minilliklər boyu rabitə əlaqəsi olan” yolu bağlamaqla İran və Ermənistan arasında sədd yaratmamağı qeyd edib.

“İran Azərbaycanın İsraillə münasibətlərinin yaxşılaşmasından çox narahatdır. Son illərdə İran İsrail və Fars körfəzindəki ərəb monarxiyalarının Tehrana qarşı ortaq düşmənçiliklərinə görə yaxınlaşmalarını müşahidə edib. İranlılar indi İsrail və iki türk ölkəsi Türkiyə və Azərbaycan arasında da oxşar dinamikanın inkişaf etməsindən qorxurlar”, – deyə nəşr vurğulayıb.

Maraqlı məqamlardan biri odur ki, nəşr Azərbaycan ərazisini xəritədə bütöv göstərib, Qarabağı digərləri kimi ayrıca göstərməyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*