“Foreign Policy”: “Həqiqətən İranın kimin əlində olduğunu bilən varmı?!”backend

"Foreign Policy": “Həqiqətən İranın kimin əlində olduğunu bilən varmı?!”

“Həqiqətən İranın kimin əlində olduğunu bilən varmı?!”.

KONKRET.az xəbər verir ki, “Foreign Policy” nəşri İranla, xüsusilə ölkənin dini lideri Əli Xameneyi ilə bağlı bəzi mühüm məqamlara toxunub.

Sözügedən jurnal yazır:

“Əli Xameneyi hakimiyyəti heç kimə, hətta ölkə prezidentinə belə vermir. İbrahim Rəisi 2021-ci ilin mayında prezidentliyə namizədliyini elan etmədən öncə ali liderin sevimli adamı olaraq tanınmışdı. Bir ay sonra isə layiq olmadan və o qədər də əziyyət çəkmədən prezident postuna sahibləndi. Bu proses diqqətli bir şəkildə Xameneyi tərəfindən hazırlanmışdı”.

Nəşrin yazısında habelə qeyd edilir:

“Son prezident seçkisində fəallıq İslam Cümhuriyyəti dövründə ən aşağı səviyyəyə çatdı. Bu, iranlı seçicilərin belə bir hiylənin nəzərdə tutulduğunu və onların buna aldanmadığını açıq şəkildə göstərdi. Elə buna görə də, əvvəlcədən İbrahim Rəisinin əsas narahatlığı İranın ictimai rəyi deyil, əksinə Xameneyinin davamlı dəstəyi idi”.

“Rəisi prezidentlik dövrünün ilk ilində Xameneyinin nəzərdə tutduğu vəfalı əsgər oldu. Bəzən bu iki dövlət rəsmisinin tərəfdarlarının çevrələri bir-birinə yaxın olub, çəkişmələr yaşansa da, ümumilikdə İbrahim Rəisi bütün tənqidlərə qarşı çıxmağa hazır oldu”, – deyə məlumatda vurğulanıb.

Yazının sonunda deyilir ki, bütün bu uğursuzluqlar inflyasiyadan tutmuş dalana dirənmiş nüvə danışıqlarına, yaxud 1981-ci ildə qadınlar üçün məcburi hicab qanunu kimi ictimai narazılığa qədər hər şeyi əhatə edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*