“Formula-1” şirkətinin kommersiya direktoru işini tərk edir – SƏBƏBbackend

"Formula-1" şirkətinin kommersiya direktoru işini tərk edir - SƏBƏB

“Formula 1” şirkətinin kommersiya direktoru Şon Bratçes vəzifəsindən istefa verib.

KONKRET.AZ qurumun saytına istinadla xəbər verir ki, amerikalı mütəxəssis şirkəti yanvarın sonunda rəsmən tərk edəcək.

“Şon 3 illik fəaliyyətindən sonra ABŞ-a, ailəsinin yanına qayıtmağa və həyatında yeni səhifə açmağa qərar verdi”, – şirkətin mətbuat xidməti məlumat yayıb.

Bratçes özü isə vəzifəsindən ayrılması ilə bağlı bunları bildirib: “Formula-1″dəki işim inanılmaz bir səyahət idi və bundan tam məmnun qaldım. Komandaya bütün səylərinə və fədakarlığına görə şəxsən təşəkkür etmək istəyirəm. “Formula-1″ şirkətini 2017-ci illə müqayisədə indi daha yaxşı vəziyyətdə qoyub getdiyim üçün özümlə fəxr edirəm”.

Qeyd edək ki, Şon Bratçes “Formula-1” şirkətində kommersiya direktoru vəzifəsinə 2017-ci ildə təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*