Fransa ATƏT-in Minsk Qrupundakı həmsədrini DƏYİŞDİbackend

Fransa ATƏT-in Minsk Qrupundakı həmsədrini DƏYİŞDİ

Bris Rokfeyl ATƏT-in Minsk Qrupunun Fransadan olan yeni həmsədri təyin edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi saytında informasiya yerləşdirilib.

B.Rokfeyl bu postda 2016-cı ilin oktyabrından bu yana Fransanı təmsil edən Stefan Viskontini əvəzləyib.

Bris Rokfeyl buna qədər Fransanın Panama və Özbəkistanda səfiri vəzifəsini icra edib. O, həmçinin ölkəsinin Rio-de-Janeyrodakı baş konsulu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*