Fransa bu dövləti ingilislərlə müharibəyə sövq edib – TARİX DƏRSİbackend

Fransa bu dövləti ingilislərlə müharibəyə sövq edib - TARİX DƏRSİ

Dünya taxir boxyu münaqişələrlə yadda qalıb. Onlardan biri də Folklend müharibəsi olub.

1982-ci ilin aprel 2-də başlanan savaş 14 iyunda başa çatıb. Müharibə Argentina və Böyük Britaniya arasında baş verib. Əsas səbəb isə Folklend adaları üstündə olub.

KONKRET.az qısa da olsa, müharibənin xronoloji ardıcıllığını oxuculara təqdim edir:

Münaqişənin səbəbləri

1690-cı ildə Folklend adaları ingilislər tərəfindən kəşf edilib. Bu adalar kral 5-ci Vikont Folklendin şərəfinə adlandırılıb. 1764-cü ildə ərazilərə fransızlar köçüb və bununla da Sent-Luis qəsəbəsinin əsası qoyulub.

İngiltərə və İspaniya arasında münaqişə

1765-ci ilin yanvarında ingilis kapitanı Con Bayron adalara gələrək əraziləri Britaniya ərazisi elan edib.

Sözügedən coğrafi ərazinin əsas üstünlüyü bu idi ki, bütün ingilis dənizçiləri hər hansı bir yüksək ballı küləkdən, təbii fəlakətdən tam təhlükəsiz şəkildə burada dayana biləcəkdilər.

Sonradan adalar 1767-ci ildə ispanlara satılıb. İspanlar burada məskunlaşandan sonra 1770-ci ildə İspan donanması İngilislərin Port Eqmont qəsəbəsini bombalayıb. Hücum nəticəsində ingilislər evlərini tərk etməli olublar.

İngilis diplomatları 1771-ci ildə köçkünlərinin geri qayıtması ilə bağlı müqavilənin bağlanmasına nail olsalar da, 1776-cı ildə bütün ingilislər könüllü olaraq adaları tərk edib. 1811-ci ildə isə ispanlar oradan köçməyə başlayıb.

6 noyabr 1820-ci ildə sahibsiz adalar Cənubi Amerika Birləşmiş Əyalətləri tərəfindən ələ keçirilib.

Qeyd edək ki, Cənubi Amerika Birləşmiş Əyalətləri Cənubi Amerikada 1810-1830-cu illərdə mövcud olmuş bir dövlət idi. Dövlət İspaniyanın Rio de la Plata vitse-krallığının müstəqilliyini elan etməsindən sonra May İnqilabı nəticəsində yaranıb və Rio de la Plata Birləşmiş Əyalətləri də adlandırılıb. Dövlətin ərazisi müasir Argentina, Uruqvay və müasir Boliviya və Braziliyanın bir sıra əyalətlərinin ərazilərindən ibarət olub.

1831-ci ildə adalar yaxınlığında Argentina və Amerika suiti ovçuları arasında münaqişə yaranıb. Amerikalılar Fransanın Sen-Lui qəsəbəsinin yerində Argentina yaşayış məntəqəsini məhv edən hərbi gəmi göndəriblər.

1832-ci ildə sağ qalan argentinalılar adaya təyin edilmiş Argentina qubernatorunu ölürüblər. Səbəb onların adada əbədi məhbus ediləcəyi ilə bağlı şayiələr olub.

Folklend adalarının Britaniya imperiyasına birləşdirilməsi

2 yanvar 1833-cü ildə ingilislər yenidən adalara təşrif buyurub. Britaniya İmperiyası təbii olaraq bu əraziləri öz tarixi torpaqları hesab edirdi. 1945-ci ildən argentinalılar adaların onlara verilməsi tələbi ilə BMT başda olmaqla beynəlxalq təşkilatlara müraciət edib.

Argentina Folklend adalarını ələ keçirdi

1981-ci ildə Argentina ordusunun general-leytenantı Leopoldo Qaltyerinin rəhbərliyi ilə adaların zorla geri qaytarılması qərara alınıb.

19 mart 1982-ci ildə argentinalılar Folklend adalarından 800 mil məsafədə yerləşən Cənubi Corciya adasına üz tutublar. Tezliklə Argentina əsgərləri onlara qoşularaq birlikdə İngilis əsgərlərini tərksilah ediblər.

2 aprel 1982-ci ildə Argentina qoşunları Folklend adalarında 100 dəniz piyadasından ibarət Britaniya qarnizonunu təslim edib.

3 aprel 1982-ci ildə BMT Argentina qoşunlarının adalardan çıxarılmasını tələb edib.

Döyüşlərin başlanğıcı

5 aprel 1982-ci ildə Britaniya donanması adalara geri qayıdıb.

Donanma 100 gəmidən, o cümlədən 42 təyyarə ilə iki təyyarədaşıyıcıdan ibarət olub. Aprelin 12-də ingilislər tam olaraq adalara nəzarət etməyə başlayıb.

1982-ci il mayın 1-də İngilis Vulkan bombardmançıları yeganə Port Stanley şəhəri yaxınlığındakı aerodroma hücum edib.

Argentina donanması İngilis donanmasını geri itələməyə cəhd etsə də, 2 may 1982-ci ildə İngilis nüvə sualtı qayığı Argentinanın yüngül kreyser “General Belgrano”nu batırıb. Bu itki argentinalıları geri çəkilməyə məcbur edib.

Крейсер «Генерал Бельграно»

Sonra mayın 4-də argentinalılar ən son Fransa istehsalı olan Exocet gəmi əleyhinə raketləri olan “Super Etandar” hücum təyyarəsindən istifadə ediblər. Mayın 4-də ingilis gəmilərdən biri raketlə batırılıb.

Argentinalılar səmərəsiz bombardmanla məşğul olduqları üçün raketlər tez tükənib.

«Супер Этандар» ВМС Аргентины

Mayın 21-də ingilislər San Karlos körfəzində Argentina əsgərlərinin müqavimətini qırıraq ordunu tez bir zamanda darmadağın ediblər.

Mayın 22-də səhər saatlarında Argentina aviasiyası buxtada Britaniya gəmilərinə hücum edib. Nəticədə “Ardent” freqatı batırlıb. Argentinalılar isə 14 təyyarə itirməli olub. Mayın 23-də argentinalılar “Koventri” esminesini və “Antilope” freqatını batırıblar.

Парашютный полк. также известный как Парас  — элитное формирование воздушно-десантных войск Великобритании, парашютный полк Британской армии, одно из самых лучших и наиболее известных воздушно-десантных подразделений мира.

Mayın 28-də Darvin və Qoz Qrin yaşayış məntəqələrinə yaxınlaşan 690 əsgərdən ibarət Paraşüt Alayının 2-ci Batalyonu orada yerləşən 1000 nəfərlik Argentina qarnizonuna hücum edib. İngilislər argentinalıları mühasirəyə alıb və onları təslim olmağa məcbur edib.

Hərbi əməliyyatların sonu

İyunun 12-də ingilislər Port Stanleydəki Argentina mövqelərinə hücum ediblər. Bu hücum nəticəsində 11 min nəfər olan argentinalı iyunun 14-də təslim olub. Bununla da döyüş ingilislərin qələbəsi ilə başa çatıb.

Британские парашютисты охраняют пленных аргентинцев. Порт-Стэнли, 17 июня 1982 года

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*