Fransa səfiri Azərbaycan xalqına başsağlığı verdibackend

Fransa səfiri Azərbaycan xalqına başsağlığı verdi

Fransanın Azərbaycandakı səfiri Zakari Qros 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

KONKRET.AZ xəbər verir ki, bununla əlaqədar Fransanın Azərbaycandakı Səfirliyinin “Facebook” səhifəsində məlumat yerləşdirilib.

“1990-ci il Yanvar faciəvi hadisələrinin 30-cu ildönümü anım günündə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm və xüsusilə əzizlərini, ailə üzvlərini və ya dostlarını itirənlər düşüncələrimizdədir”, – deyə səfir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*