Fransa senatorlarından FRANSIZSAYAĞI ŞÜVƏN: “Azərbaycana qarşı sərt addımlar atın”backend

Fransa senatorlarından FRANSIZSAYAĞI ŞÜVƏN: "Azərbaycana qarşı sərt addımlar atın"

“Qarabağda fövqəladə vəziyyətdir, erməni müttəfiqlərimizi dəstəkləməyin vaxtıdır”.

KONKRET.az xəbər verir ki, Fransa Senatının “Respublikaçılar” fraksiyasının üzvləri Fransa Senatının qarşısında “Qarabağa dəstək” aksiyası keçiriblər.

Aksiyanın təşkilatçılarından biri senator və Fransa-Ermənistan dostluq qrupunun sədr müavini Valeri Boyer Azərbaycana qarşı “sərt addımlar” atmağa çağırış edib.

“Biz Fransa Senatı qarşısında birləşərək Ermənistan və Qarabağa “hücum”ları dayandırmaq üçün Azərbaycana qarşı qətiyyətli addımlar atmağa çağırdıq.

Fövqəladə vəziyyətdir. Erməni müttəfiqlərimizi dəstəkləməyin vaxtıdır”, – deyə o çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*