Fransa Ukraynaya uzaqmənzilli raketlər verir – Makron AÇIQLADIbackend

Fransa Ukraynaya uzaqmənzilli raketlər verir - Makron AÇIQLADI

Paris Ukrayna Silahlı Qüvvələrinin hücumuna dəstək vermək üçün Kiyevə uzaqmənzilli raketlər ötürmək qərarına gəlib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

“Biz Ukraynaya uzaq məsafədən zərbələr endirməyə imkan verəcək yeni raketlər ötürmək qərarına gəldik”, – deyə Fransa Prezidenti bildirib.

Qeyd edək ki, o, bunu Litvanın paytaxtında keçirilən NATO sammitinə gəldikdən sonra açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*