“Fransada çox maraqlı vəziyyət baş verir, bəs bizim xilaskarımız kim olacaq?”backend

"Fransada çox maraqlı vəziyyət baş verir, bəs bizim xilaskarımız kim olacaq?"

“Yeri gəlmişkən, Fransada çox maraqlı vəziyyət baş verir. Hakimiyyətdə olan partiya Avropa Parlamentinə seçkiləri fəlakətlə uduzdu”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni siyasətçi, politoloq Mika Badalyan bildirib.

O daha sonra yazıb: O partiya qalib gəlib ki, Rusiya ilə qətiyyən mübahisə etmək istəmir, əksinə bu ölkə ilə daha çox dostluq etmək fikrindədir. Bütün bunların fonunda Makron 30 iyun və 7 iyulu növbədənkənar seçki günləri elan edib.

İndi diqqət yetirin, Paşinyanın simasını təsəvvür edin, əgər təbii ki, Makron seçkiləri uduzsa, və Fransanın xarici siyasət kursu qəfil dəyişsə, o zaman Ermənistanın xilaskarı kim olacaq?”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*