Fransada yanacaqdoldurma məntəqələrində böyük növbələr yaranıb.
KONKRET.az “RenTV”yə istinadən xəbər verir ki, pensiya islahatına etirazlardan sonra yanacaqdoldurma məntəqələrinin əməkdaşlarının yarıdan çoxu işə getməkdən imtina edib.
“Bütün bunlar dövlətimizin siyasətinin nəticəsidir. Sabah işə gedə bilməyəcəm, çünki yanacaqdoldurma məntəqələri işləmir. Beş saat növbədə durdum, axırda burada da yanacaq qurtardı”, – deyə Fransa sakini bildirib.
Məlumata görə, hazırda Fransanın ondan çox regionunda yanacaq çatışmazlığı müşahidə olunur. Mətbuat təkcə həftəsonu benzin və dizel qiymətinin on faizdən çox artdığını yazıb. Minə yaxın yanacaqdoldurma məntəqəsi isə ümumiyyətlə yanacaqsız qalıb.
Qeyd edək ki, martın 16-da Fransa hökuməti pensiya yaşını 62-dən 64-ə qaldıran qanun qəbul edib. Qalmaqallı təşəbbüs şəxsən Emmanuel Makron tərəfindən irəli sürülüb. Yeniliklər vətəndaşların narazılığına səbəb olub. Martın 11-də dinc nümayiş iğtişaşlara çevrilib. Buna cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə edib və kütləvi həbslər həyata keçiriblər.
İqbal Rzayev,
KONKRET.az