KONKET.AZ xəbər verir ki, Fransa Respublikasının İser Departamenti ilə Dağlıq Qarabağın Hadrut rayonu arasında separatçı rejiminin rəsmi şəxslərinin iştirakı ilə “Dostluq Bəyannaməsi” imzalanıb.
İmzalanma mərasimi Qrenobl şəhərində Iser Administrasiyasının konfrans zalında keçirilib. Bəyannaməni Hadrut rayonu Administrasiyasının rəhbəri Kamo Petrosyan və İser Departamentinin idarə heyətinin sədri Jan-Pier Barbier imzalayıblar. Ümumilikdə bu, Fransa və separatçı rejimin inzibati ərazi vahidləri arasında imzalanmış on dördüncü sazişdir.
İmzalanma mərasimində qondarma “dqr”-in Fransadakı daimi nümayəndəsi Ovannes Qevorqyan, Ermənistan Respublikasının bölgədəki vitse-konsulu Qayane Manukyan, administrasiyanın işçiləri, erməni icmasının nümayəndələri və jurnalistlər iştirak ediblər.
Ovannes Qevorqyan bildirib ki, imzalanan müqavilələr yalnız təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açmayacaq, eyni zamanda dostluq körpüsü rolunu oynayacaq. O, xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın uzunmüddətli siyasi, informasiya və psixoloji blokadasını pozmaq baxımından da bəyannamənin xüsusi əhəmiyyəti var.
KONKRET.AZ
